FİDE Belarus Şahmat Federasiyasına qarşı bütün məhdudiyyətləri aradan qaldırıb

21 İyul 2026 20:32
145
FİDE Belarus Şahmat Federasiyasına qarşı bütün məhdudiyyətləri aradan qaldırıb

Beynəlxalq Şahmat Federasiyası (FIDE) Belarus Şahmat Federasiyasına (BCF) qarşı bütün məhdudiyyətləri aradan qaldırıb və idmançılarına dövlət bayrağı və himni altında yarışmağa icazə verib.

İdman.Biz bildirir ki, FİDE tərəfindən maliyyələşdirilən beynəlxalq turnirlər artıq Belarusda keçirilə bilər və Belarus şahmatçıları komanda yarışlarında iştirak edə bilərlər.

Rusiya Şahmat Federasiyası (RCF) İdman Arbitraj Məhkəməsinin (CAS) Ukraynanın Donetsk, Luqansk, Xerson, Zaporojye vilayətləri və Krımda fəaliyyətini dayandırmaq tələbini yerinə yetirməkdən imtina etdikdən sonra FIDE sanksiyaları altında qalır.

İdman.Biz