Vüqar Həşimovun qardaşı Avropa Şahmat İttifaqının vitse-prezidenti seçilib - FOTO

18 İyul 2026 17:32
387
Vüqar Həşimovun qardaşı Avropa Şahmat İttifaqının vitse-prezidenti seçilib - FOTO

Rumıniyada Avropa Şahmat İttifaqının rəhbər vəzifələrinə seçkilər keçirilib.

İdman.Biz xəbər verir ki, təşkilatın hazırkı rəhbəri Zurab Azmayparaşvili səs çoxluğu ilə növbəti dörd il müddətinə Avropa Şahmat İttifaqına prezident seçilib.

Ardınca vitse-prezident vəzifəsinə seçkilər olub. Azərbaycan Şahmat Federasiyasının İcraiyyə Komitəsinin üzvü Sərxan Həşimov 34 səs toplayaraq təşkilatda vitse-prezident vəzifəsinə seçilib. Ümumilikdə qurumda üç vitse-prezident çalışacaq.

Seçkilərdə qonaq qismində Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov da iştirak edib.

Qeyd edək ki, Sərxan Həşimov mərhum şahmatçı Vüqar Həşimovun qardaşıdır.

İdman.Biz