Bakıda keçirilən beynəlxalq IM və GM norma turnirləri Azərbaycan şahmatçıları üçün uğurla başa çatıb.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Şahmat Federasiyası məlumat yayıb.
Beynəlxalq usta (IM) norma turnirində Paşam Əlizadə birinci yeri tutub.
O, eyni zamanda beynəlxalq usta adı üçün ilk balını yerinə yetirib və 139,6 reytinq xalı qazanıb.
Beynəlxalq qrosmeyster (GM) norma turnirində isə Əhməd Əhmədzadə qalib gəlib. Turnirin diqqətçəkən nəticələrindən biri də Tunar Davudovun çıxışı olub. O, beynəlxalq usta adı üçün tələb olunan üçüncü balını yerinə yetirərək bütün tələbləri tamamlayıb.


