Azərbaycan şahmatçısı Aydın Süleymanlı İsveçrədə keçirilən 59-cu Biel Beynəlxalq Şahmat Festivalının “Masters” turnirində rapid mərhələsini ikinci pillədə başa vurub.
İdman.Biz xəbər verir ki, festival çərçivəsində təşkil olunan üçnövçülüyün sürətli şahmat yarışına ikinci oyun günündə yekun vurulub.
ABŞ-ni təmsil edən Levon Aronyan 5 oyundan 9 xal toplıb. O, ən yaxın izləyicisi Aydın Süleymanlını 3 xal qabaqlayıb.
Sürətli şahmat yarışında yekun sıralama belə olub:
1. Levon Aronyan (ABŞ) - 9 xal
2. Aydın Süleymanlı (Azərbaycan) - 6 xal
3. Mattias Blübaum (Almaniya) - 4 xal
4. Xose Martines (Meksika) - 4 xal
5. Le Kuanq Liem (Vyetnam) - 4 xal
6. Yağız Kaan Ərdoğmuş (Türkiyə) - 3 xal
Nəsillərin çağırışı yarışında isə Çexiya təmsilçisi Vatslav Finek 8 xalla liderdir. O, Fişer şahmatı üzrə yarışın qalibi Marko Materianı 1 xal qabaqlayır.
Bu yarışda sıralama belədir:
1. Vatslav Finek (Çexiya) - 8 xal
2. Marko Materia (Fransa) - 7 xal
3. Syao Tonq (Çin) - 7 xal
4. Karissa Yip (ABŞ) - 3 xal
5. Aleksandra Kostenyuk (İsveçrə) - 3 xal
6. Vaişali Rameşbabu (Hindistan) - 2 xal
