Kramnik diskvalifikasiya qərarından apellyasiya şikayəti verib

10 İyul 2026 19:14
89
Kramnik diskvalifikasiya qərarından apellyasiya şikayəti verib

Şahmat üzrə 14-cü dünya çempionu, rusiyalı Vladimir Kramnik FİDE Etika və İntizam Komissiyasının (EDC) FİDE Etika Kodeksini pozduğuna görə diskvalifikasiyası ilə bağlı qərarından rəsmi apellyasiya şikayəti verib.

İdman.Biz xəbər verir ki, şahmatçı bu barədə sosial media səhifəsində məlumat verib.

Kramnik apelyasiya şikayətində aşağıdakı tələbləri irəli sürüb:

EDC-nin qərarını tamamilə ləğv etmək;

sistemli və təkrarlanan prosedur pozuntuları səbəbindən prosesin əsaslı şəkildə qüsurlu olduğunu bəyan etmək;
və ya alternativ olaraq, əsaslı qərarları və sanksiyaları ləğv etmək.

Xatırladaq ki, 3 iyulda Vladimir Kramnik şahmatçılar Navara və Naroditskini dəlil olmadan fırıldaqçılıqda açıq şəkildə ittiham etdiyinə, eləcə də Ədalətli Oyun Komissiyasının istintaqı ilə əməkdaşlıq etməkdən imtina etdiyinə görə bir il müddətinə diskvalifikasiya edildi.

İdman.Biz