Şamaxı şəhəri “Azərbaycan Şahmat Turu” çərçivəsində növbəti beynəlxalq yarışa ev sahibliyi edəcək.
İdman.Biz Şahmat Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, “Shamakhi Open” Beynəlxalq Şahmat Festivalı 15-22 iyul 2026-cı il tarixlərində təşkil olunacaq.
Yarış Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası və Vüqar Həşimov Şahmat Fondunun birgə təşkilatçılığı ilə keçiriləcək.
Festival çərçivəsində klassik, rapid və blits yarışları baş tutacaq. Turnirin ümumi mükafat fondu 23 300 AZN təşkil edir.
