Topalov Kramniki “dəli”, rusiyalı isə bolqarı “təlxək” adlandırıb

10 İyul 2026 06:19
74
Topalov Kramniki “dəli”, rusiyalı isə bolqarı “təlxək” adlandırıb

Şahmat üzrə dünya çempionu, rusiyalı Vladimir Kramnik bolqar şahmatçı Veselin Topalovun psixiatrik müayinə tələbinə cavab verib.

İdman.Biz bildirir ki, Topalov Kramnikin psixi problemləri olduğunu bildirib.

“Kramnikin açıq-aydın əqli problemləri olduğu üçün FİDE tibbi komissiyası tərəfindən müayinədən keçməlidir”, Topalov bildirib.

“Gəl bunu birlikdə edək, Veselin. Deyəsən, buna daha çox ehtiyacın var. Sonra şahmat oynayacağıq və səni əqli cəhətdən zəif rəqibə uduzduracağam, yaxşı? Sən əsl təlxəksən...”, Kramnik Topalova cavab verib.

Xatırladaq ki, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) Etika Komissiyası Vladimir Kramniki etik qaydalarını pozduğuna görə bir il müddətinə diskvalifikasiya edib. Bu qərara Kramnikin çexiyalı David Navara və amerikalı Daniel Naroditskiyə qarşı dəlil olmadan ədalətsiz oyunda açıq şəkildə ittiham etməsi və Ədalətli Oyun Komissiyasının istintaqı ilə əməkdaşlıq etməkdən imtina etməsi səbəb olub.

İdman.Biz