Yeniyetmələr arasında Respublika Şahmat Olimpiadası keçiriləcək

14 İyul 2026 17:22
84
Yeniyetmələr arasında Respublika Şahmat Olimpiadası keçiriləcək

Şahmat Federasiyası və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə 16 yaşadək yeniyetmələrin Respublika Şahmat Olimpiadası keçiriləcək.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Şahmat Federasiyası məlumat yayıb.

Zaqatala Olimpiya-İdman Kompleksində təşkil olunacaq yarışın baş hakimi Azər İbrahimov olacaq.

Respublika Şahmat Olimpiadası avqustun 3-11-i aralığında baş tutacaq.

İdman.Biz