Şahmatçı Yudit Polqar Macarıstan Prezidenti vəzifəsinə namizəd ola bilər

20 İyul 2026 15:56
305
Şahmatçı Yudit Polqar Macarıstan Prezidenti vəzifəsinə namizəd ola bilər

Macarıstanın Baş naziri Peter Macyar ölkənin növbəti dövlət başçısı vəzifəsinə əfsanəvi şahmatçı Yudit Polqarı namizəd göstərmək niyyətindədir.

İdman.Biz AZƏRTAC-a istinadən xəbər verir ki, hökumət başçısı bu açıqlamanı elm, mədəniyyət və idman sahələrində bir qrup görkəmli xadimin Polqarın namizədliyini dəstəkləməsindən sonra verib.

Macyar bildirib ki, Macarıstanın milli birliyinin rəmzi olan və bütün vətəndaşların hörmətini qazana bilən dövlət başçısına ehtiyacı var. O, ölkənin yeni Konstitusiyasının qüvvəyə minməsi ərəfəsində Polqarla görüşəcəyini və bu vəzifəni qəbul etmək imkanını müzakirə edəcəyini açıqlayıb.

Yudit Polqar tarixin ən görkəmli qadın şahmat ustalarından biri hesab olunur və uzun illərdir Macarıstanın idman uğurlarının rəmzi olub. Onun mümkün namizədliyi geniş ictimaiyyətdə artıq rezonans doğurub.

İdman.Biz