Şahmatçı Yudit Polqar Macarıstan prezidenti olmaqdan imtina etdi

21 İyul 2026 17:13
218
Şahmatçı Yudit Polqar Macarıstan prezidenti olmaqdan imtina etdi

Macarıstanlı şahmatçısı Yudit Polqar ölkə prezidenti vəzifəsinə namizədliyi qəbul etməyəcəyini açıqlayıb.

İdman.Biz xarici mediaya istinadən xəbər verir ki, Polqar tarixi məsuliyyəti üzərinə götürməyə və parçalanmış milləti birləşdirməyə hazır olmadığını deyib.

Macarıstanın baş naziri Peter Macyar onun qərarına hörmətlə yanaşdığını deyib. Yeni prezidentliyə namizədin kim olacağı isə hələ məlum deyil.

49 yaşlı Yudit Polqar şahmat tarixinin ən güclü qadın oyunçularından biri hesab olunur. O, dünya reytinqində ilk “10-luğa” yüksələn yeganə qadın şahmatçı olub. Peşəkar karyerasını 2014-cü ildə başa vuran Polqar dövrünün ən güclü şahmatçılarından Harri Kasparovu da məğlub edib.

Onun prezidentliyə namizədliyi iyulun 19-dan müzakirə olunurdu. Bundan əvvəlki prezident Tamaş Şuyok vəzifəsini tərk edib.

İdman.Biz