Azərbaycanda şahmat üzrə “Vugar Gashimov Open 2026” beynəlxalq turnirinin açılış mərasimi keçirilib.
İdman.Biz xəbər verir ki, “Azərbaycan Şahmat Turu” çərçivəsində təşkil olunan yarış görkəmli şahmatçı Vüqar Həşimovun xatirəsinə həsr edilib.
Açılış mərasimində turnirin əhəmiyyəti vurğulanıb, Vüqar Həşimovun dünya şahmatının inkişafındakı xidmətləri və zəngin irsi qeyd olunub.
“Vugar Gashimov Open 2026”da müxtəlif yaş qruplarından şahmatçılar mübarizə aparırlar.
Turnirin əsas məqsədi Vüqar Həşimovun xatirəsini yaşatmaq, Azərbaycanda şahmatın inkişafına töhfə vermək və gənc şahmatçıların bu idman növünə marağını artırmaqdır.
