“Vugar Gashimov Open 2026” beynəlxalq şahmat turnirinin qalibləri məlum olub - FOTO

31 İyul 2026 12:46
127
“Vugar Gashimov Open 2026” beynəlxalq şahmat turnirinin qalibləri məlum olub - FOTO

“Azərbaycan Şahmat Turu” çərçivəsində təşkil olunan “Vugar Gashimov Open 2026” beynəlxalq turnirinin qalibləri müəyyənləşib.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Şahmat Federasiyası məlumat yayıb.

Bildirilib ki, A qrupunda 7,5 xal toplayan Tunar Davudov yarışın qalibi adını qazanıb.

Eyni xala malik Loğman Quliyev əlavə göstəricilərə görə ikinci yeri tutub. Hesabında 7 xal olan Vüqar Manafov üçüncü pillədə qərarlaşıb.

Festival çərçivəsində rapid və blits yarışları da baş tutub. Rapiddə Murad İbrahimli, blitsdə isə Rüstəm Rüstəmov birinci olub.

Turnirin bağlanış mərasimində qalib və mükafatçılara medal, diplom və pul mükafatları təqdim edilib.

Qeyd edək ki, “Azərbaycan Şahmat Turu” çərçivəsində növbəti yarış sentyabrın 3-10-u aralığında keçiriləcək “Guba Open” olacaq.

İdman.Biz