Şəhriyar Məmmədyarov “UzChess Cup”a qələbə ilə başlayıb

8 İyun 2026 10:43
136
Şəhriyar Məmmədyarov “UzChess Cup”a qələbə ilə başlayıb

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Özbəkistanda keçirilən “UzChess Cup” ənənəvi beynəlxalq turnirə qələbə ilə start verib.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Şahmat Federasiyası məlumat yayıb.

Bildirilir ki, ən güclülərin yarışdığı “Masters” bölümündə ölkəni təmsil edən Ş.Məmmədyarov birinci turda Hindistan şahmatçısı Vidit Santoş Gujrathiyə qalib gəlib.

Yarışın “Challenge” bölməsində Azərbaycanın iki şahmatçısı – Eltac Səfərli və Məhəmməd Muradlı da çıxış edir. Onların yarışında birinci turun partiyaları bu gün oynanılacaq.

Qeyd edək ki, altı ölkənin qatıldığı beynəlxalq turnirə iyunun 15-də yekun vurulacaq.

İdman.Biz