Azərbaycanın 12 şahmatçısı Avropa çempionatında mübarizə aparacaq

20 May 2026 14:03
93
Azərbaycanın 12 şahmatçısı Avropa çempionatında mübarizə aparacaq

Mayın 24-də Gürcüstanın Batumi şəhərində qadın şahmatçılar arasında şəxsi Avropa çempionatına start veriləcək.

İdman.Biz xəbər verir ki, qitə çempionatında Azərbaycan 12 şahmatçı ilə təmsil olunacaq.

Yarışda Ülviyyə Fətəliyeva, Günay Məmmədzadə, Gövhər Beydullayeva, Gülnar Məmmədova, Ayan Allahverdiyeva, Türkan Məmmədyarova, Səbinə İbrahimova, Zeynəb Məmmədyarova, Məryəm Ağaverdiyeva, Mələk İsmayıl, Lalə Hüseynova və Nərmin Abdinova ölkəmizi təmsil edəcəklər.

11 turdan ibarət olan Avropa çempionatı iyunun 6-da yekunlaşacaq. Turnirin ümumi mükafat fondu 60 min avro təşkil edir.

İdman.Biz