Qazaxıstanda keçirilən şahmat çempionatının bağlanış mərasimi keçirilib - FOTO

18 May 2026 16:33
95
Qazaxıstanda keçirilən şahmat çempionatının bağlanış mərasimi keçirilib - FOTO

Qazaxıstanın Astana şəhərində türkdilli ölkələrin şahmat çempionatının bağlanış mərasimi keçirilib.

İdman.Biz xəbər verir ki, yarışın yekununda kişi və qadın komandaları, eləcə də 16 yaşadək şahmatçıların olimpiadası üzrə qaliblər müəyyənləşib.

Azərbaycan şahmatçıları çempionatı 2 qızıl və 1 bürünc medalla başa vurublar.

Qeyd edək ki, mükafatlandırma mərasimində lövhələr üzrə fərqlənən şahmatçılar da elan olunub. Təmsilçilərimizdən Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova, Xaqan Əhməd, Paşam Əlizadə və Murad İbrahimli qızıl, Əhməd Əhmədzadə gümüş, Misrətdin İskəndərov və Şiroğlan Talıbov isə bürünc medala layiq görülüblər.

İdman.Biz
Məqalədə: