Rumıniyada şahmatın rapid növü üzrə Buxarest Qran-prisinə yekun vurulub.
İdman.Biz xəbər verir ki, 27 ölkənin qatıldığı turnirdə Azərbaycanı Rauf Məmmədov və Aydın Süleymanlı təmsil edib.
Hərəyə 8,5 xal toplayan Meksika şahmatçısı Joze Martines Alkantara və A. Süleymanlı yekunda birinci-ikinci yerləri bölüşdürüblər. Azərbaycan milli komandasının üzvü əlavə göstəricilərə görə, turniri ikinci pillədə başa vurub.
Digər şahmatçı Rauf Məmmədov isə 8 xalla yeddinci yeri tutub.
Qeyd edək ki, Qran-pridə 581 şahmatçı mübarizə aparıb.
