“Baku Open 2026” Beynəlxalq Şahmat Festivalının medalçıları mükafatlandırılıb

6 May 2026 22:10
121
“Baku Open 2026” Beynəlxalq Şahmat Festivalının medalçıları mükafatlandırılıb

“Baku Open-2026” Beynəlxalq Şahmat Festivalının medalçıları mükafatlandırılıb.

İdman.Biz xəbər verir ki, qaliblərə medal, kubok, pul mükafatı və sertifikat təqdim olunub.

Müxtəlif yaş kateqoriyaları üzrə iştirakçılara mükafatları gənclər və idman naziri Fərid Qayıbov, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç, Avropa Şahmat Birliyinin prezidenti Zurab Azmayparaşvili, Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti Mahir Məmmədov və digər şəxslər təqdim ediblər.

Qeyd edək ki, yarışda 10 ölkədən 900-dən artıq şahmatçı iştirak edib. “Baku Open 2026” Beynəlxalq Şahmat Festivalının mükafat fondu 50 min ABŞ dollarıdır.

Turnirə sabiq dünya çempionu, Ümumdünya Şahmat Olimpiadasının ikiqat qalibi Ruslan Ponomaryov (Ukrayna), rapid üzrə dünya çempionu Daniil Dubov (FIDE), şəxsi Avropa çempionatının mükafatçısı Nicat Abasov, 14 yaşlılar arasında Avropa çempionatının qalibi Xaqan Əhməd də qatılıblar.

İdman.Biz