“Baku Open 2026” Beynəlxalq Şahmat Festivalının bağlanış mərasimi keçirilib - FOTO

6 May 2026 21:55
158
“Baku Open 2026” Beynəlxalq Şahmat Festivalının bağlanış mərasimi keçirilib

“Baku Open 2026” Beynəlxalq Şahmat Festivalının bağlanış mərasimi keçirilib.

İdman.Biz-in məlumatına görə, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç, Avropa Şahmat Birliyinin prezidenti Zurab Azmayparaşvili, Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti Mahir Məmmədov və digər şəxslər iştirak ediblər.

AŞF prezidenti Mahir Məmmədov qalib gələn iştirakçıları təbrik edib.

“Bağlanış mərasində iştirak edən hər kəsi, o cümlədən fəxri qonaqlarımızı salamlayıram. Bu festival münasibətilə şahmatsevərləri təbrik edirəm. Burada hər yaş qrupundan şahmatçı iştirak etdi. Turnirə rekord sayda iştirakçı qatılmışdı”, - Məmmədov deyib.

Ardınca “Baku Open” turnirlərində ən yadda qalan anları özündə birləşdirən videoçarx nümayiş olunub.

Daha sonra fənclər və idman naziri Fərid Qayıbov çıxış edib.

FIDE prezidenti Arkadi Dvorkoviç isə hər zaman olduğu kimi maraqlı yarışa şahidlik etdiklərini bildirərək, bundan sonra da Bakının şahmatın inkişafında mühüm mərkəzlərdən biri olaraq qalacağına inandığını bildirib.
Sonda yer turan idmançılar fəxri fərman, medal və hədiyyələrlə təltif olunublar.

Qeyd edək ki, yarışda 10 ölkədən 900-dən artıq şahmatçı iştirak edib. “Baku Open 2026” Beynəlxalq Şahmat Festivalının mükafat fondu 50 min ABŞ dollarıdır.

Turnirə sabiq dünya çempionu, Ümumdünya Şahmat Olimpiadasının ikiqat qalibi Ruslan Ponomaryov (Ukrayna), rapid üzrə dünya çempionu Daniil Dubov (FIDE), şəxsi Avropa çempionatının mükafatçısı Nicat Abasov, 14 yaşlılar arasında Avropa çempionatının qalibi Xaqan Əhməd də qatılıblar.

İdman.Biz