“Keçən il bundan bir addım geridə idim - dördüncü yeri tutmuşdum. Məqsəd bu il fəxri kürsüyə çıxmaq idi və buna nail olduğum üçün şadam”.
İdman.Biz-in məlumatına görə, “Baku Open” bunu şahmat festivalında üçüncü yeri tutan Azərbaycanlı şahmatçı Xəzər Babazadə bildirib.
O, əlavə edib ki, bu yarışda ikinci qrossmeyster normasına çatıb:
“Keçən il də burada normanı yerinə yetirmişdim. Daha bir normam qalıb və tezliklə, Allah qoysa, qrossmeyster olacağam”.
