Milli komandalarımız Şamaxıda təlim-məşq toplanışı keçir

Xəbərlər
7 Avqust 2025 12:14
83
Milli komandalarımız Şamaxıda təlim-məşq toplanışı keçir

Kişi və qadın boksçulardan ibarət Azərbaycan milliləri hazırlığın növbəti mərhələsinə start verib.

İdman.biz xəbər verir ki, hər iki komandamız Şamaxıda təlim-məşq toplanışına başlayıb.

Hazırlıqda 20-dək boksçu iştirak edir. Onlar arasında gənclərdən ibarət yığmadan da dəvət olunanlar var.

Toplanış 10 gün davam edəcək.

Qeyd edək ki, məşqlər dünya çempionatına hazırlıq xarakteri daşıyır.

İdman.biz