Qazaxıstanlı orta çəkili boksçu Armat Armanulu karyerasının ən parlaq qələbələrindən birini qazanıb.
İdman.Biz sports.kz saytına istinadla xəbər verir ki, Banqkokda (Tayland) baş tutan döyüşdə o, türkiyəli Kenan Gözellə qarşılaşıb. Armanulu rəqibini ağır nokauta salaraq 2026-cı ilin ən yaddaqalan zərbələrindən birinə imza atıb.
Bu qələbə sayəsində qazaxıstanlı idmançı vakant olan WBA Asia titulunu qazanıb. Kenan Gözel isə peşəkar karyerasında ilk məğlubiyyəti ilə üzləşib.
