Lənkəranda boks üzrə zona birinciliyi start götürür

15 Aprel 2026 11:03
157
Lənkəranda boks üzrə zona birinciliyi start götürür

Bu gün Lənkəranda məktəbli oğlan boksçular (U-15) arasında zona birinciliyi start götürəcək.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb.

Bildirilib ki, Boks idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafı, perspektivli idmançıların müəyyənləşdirilməsi üçün təşkil olunacaq ilin ilk yarışı Lənkəran Olimpiya İdman Kompleksində keçiriləcək.

Dörd gün davam edəcək yarışda 38 komandanın 200 boksçusu gücünü yoxlayacaq. 18 çəki dərəcəsində fərqlənəcək idmançılar birinciliyin Şamaxıda keçiriləcək final mərhələsinə vəsiqə qazanacaq.

Qeyd edək ki, növbəti zona birinciliyi Şəkidə təşkil olunacaq.

İdman.Biz