Boksçularımız Batumidə beş medal qazanıblar

28 May 2026 16:33
114
Boksçularımız Batumidə beş medal qazanıblar

Gürcüstanın Batumi şəhərində keçirilən boks üzrə beynəlxalq turnir başa çatıb.

İdman.Biz xəbər verir ki, Azərbaycan millisi məşqçi Elbrus Rzayevin rəhbərliyi altında yarışda bir qızıl, bir gümüş və üç bürünc medal qazanıb.

Komandamızın heyətində Bilalhəbaşi Nəzərov (50 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Kənan Nəcəfov (+90 kq) gümüş, Tayfur Əliyev (60 kq), Əli Abdullayev (65 kq) və Abbasqulu Şadlinski (75 kq) isə bürünc medala sahib olub.

İdman.Biz