Saul Alvares Kroufordla revanş döyüşü keçirmək istədiyini bildirib

26 May 2026 05:17
301
Saul Alvares Kroufordla revanş döyüşü keçirmək istədiyini bildirib

Meksikalı ikinci orta çəkidə keçmiş mütləq dünya çempionu Saul Alvares üç çəki dərəcəsində məğlubedilməz keçmiş mütləq dünya çempionu amerikalı Terens Kroufordla yenidən döyüşmək istəyini bildirib.

İdman.Biz bildirir ki, onların döyüşü 14 sentyabr 2025-ci ildə baş tutub və Kroufordun yekdil qərarla qələbəsi ilə başa çatıb.

“Bilirəm ki, Krouford karyerasını bitirib, amma onunla döyüşmək istərdim. Ümid edirəm ki, revanş qarşılaşması keçirəcəyik. Bu, azarkeşlər üçün əla olardı. Mənim həmişə bir planım var və heç kimi gözləmirəm. Amma onunla yenidən döyüşmək istərdim", - Alvarez deyib.

Keçən il Krouford peşəkar boksdan ayrıldığını elan edib. O, 42:0 hesabı ilə məğlubiyyətsiz şəkildə idmanı tərk edib. O, üç çəki dərəcəsində ilk dəfə mütləq dünya çempionu olub.

İdman.Biz