Türki Əl-Şeyx Usikin 2027-ci ildə Türkiyədə döyüşəcəyini açıqlayıb

22 May 2026 01:47
65
Türki Əl-Şeyx Usikin 2027-ci ildə Türkiyədə döyüşəcəyini açıqlayıb

Səudiyyə Ərəbistanı Baş Əyləncə İdarəsinin sədri Türki Əl-Şeyx, məğlubedilməz WBA, WBC, IBF və IBO ağır çəki çempionu 39 yaşlı ukraynalı Aleksandr Usikin 2027-ci ildə Türkiyədə döyüşə biləcəyini açıqlayıb.

İdman.Biz bildirir ki, Usik peşəkar karyerasında 24 qələbə qazanıb və heç bir məğlubiyyəti yoxdur.

“Hazırda Usikə gələcəkdə təqdim edəcəyimiz bir şeyi müzakirə edirik. Bu barədə düşünürük və bilirəm ki, Aleksandr gələcək haqqında danışmaq istəmir, amma biz planlaşdırırıq. Sizə kiçik bir sirr açacağam: İstanbul əhalisi və İstanbul rəsmiləri ilə gələn il Ayasofyanın yanında inanılmaz bir şey etməyi planlaşdırırıq”, - Əl-Şeyx mətbuat konfransında bildirib.

İdman.Biz