İkinci orta çəki dərəcəsində keçmiş mütləq dünya boks çempionu, meksikalı Saul Alvares növbəti döyüşünü 76,2 kq çəki dərəcəsində WBC dünya titulu uğrunda Kamerun əsilli fransız Kristian Mbilli ilə keçirəcək.
İdman.Biz bu barədə “Riyadh Season”a istinadən məlumat verir.
Rəsmi məlumata görə, onların döyüşü sentyabr ayında Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçiriləcək.
Saulun 63 qələbəsi var, bunlardan 39-u nokautladır. Üç döyüşü məğlubiyyətlə, iki döyüşü heç-heçə ilə başa çatıb.
Mbillinin peşəkar boksda 30 qələbəsi var, bunlardan 24-ü nokautladır, onun məğlubiyyəti yoxdur və bir döyüşü heç-heçə ilə başa çatıb.
