Amerikalı Floyd Meyvezer və filippinli Menni Pakyao peşəkar döyüş üçün yenilənmiş müqavilə şərtləri barədə razılığa gəliblər.
İdman.Biz bildirir ki, bu barədə insayder Mayk Kopincer “The Ring” jurnalına “Manny Pacquiao Promotions” şirkətinin baş direktoru Jas Maturaya istinadən məlumat verib.
Əldə olan məlumata görə, onların revanş döyüşü 25 sentyabrda Las-Veqasdakı “T-Mobile Arena”da keçiriləcək.
Floyd və Menni arasında ilk döyüş 2 may 2015-ci ildə Nevada ştatının Las-Veqas şəhərində baş tutub. Döyüş bütün 12 raund davam edib və Meyvezerin yekdil qərarla qələbəsi ilə başa çatıb.
