“Heydər Əliyev kuboku-2026”: Üçüncü günün döyüşləri keçirilib

4 May 2026 22:27
138
“Heydər Əliyev kuboku-2026”: Üçüncü günün döyüşləri keçirilib

Bakıda 17 yaşadək yeniyetmə oğlan və qız boksçular arasında “Heydər Əliyev kuboku-2026” beynəlxalq turniri davam edir. 8 ölkənin qatıldığı yarışın üçüncü günündə 31 döyüş baş tutub.

İdman.Biz bildirir ki, Azərbaycan boksçularından 1-i finala, 10-ü yarımfinala vəsiqə qazanıb. Sabah qızlar arasında 1/2, oğlanlarda 1/4 final döyüşləri davam edəcək.

Heydər Əliyev kuboku-2026:

4 may

Qızlar

1/4 final

57 kq

Emiliya Beydullayeva (Azərbaycan) – Fatimə Alıyeva (Azərbaycan) – 3:2

1/2 final

48 kq

Aydan İsmayıllı (Azərbaycan) – Nurgül Ocaqova (Azərbaycan) – birinci ilk raundda tam üstünlüklə qalib gəlib

63 kq

Alsu Yafarova (Azərbaycan) – Elene Karçava (Gürcüstan) – 2:3

Anastasiya Çokoraya (Gürcüstan) – Aynur Vəlizadə (Azərbaycan) – birinci qalib gəlib

Oğlanlar

1/4 final

46 kq

Həsrət Məmmədov (Azərbaycan) – Həsən Məhərrəmov (Azərbaycan) – 5:0

Yusif Hüseynov (Azərbaycan) – Xeyrəddin Paşayevi (Gürcüstan) – 4:1

Sərxan Əlizadə (Azərbaycan) – Maxanbet Sapar (Qazaxıstan) – 3:2

50 kq

Vaqif Məhəmmədli (Azərbaycan) – Faiq Hənifəzadə (Azərbaycan) – birinci üçüncü raundda tam üstünlüklə qalib gəlib

Rəsul Babazadə (Azərbaycan) – Luka Kokaşvili (Gürcüstan) – 5:0

Azad Məmmədli (Azərbaycan) – Sahib Baxışlı (Azərbaycan) – 0:5

Rüstəm Nəsibov (Azərbaycan) – Amir Tairjanov (Qazaxıstan) – 4:1

57 kq

Məhəmmədəli İstamov (Azərbaycan) – Nikita Stepoy (Moldova) – 5:0

Məmmədqulu İmanzadə (Azərbaycan) – Əli Camalzadə (Azərbaycan) – 0:5

63 kq

Vəkil Qurbanov (Azərbaycan) – Fərhad Quliyev (Azərbaycan) – 5:0

75 kq

Yusif Ağakişiyev (Azərbaycan) – Davud Camalzadə (Azərbaycan) – 5:0

+80 kq

Mehran Rəsulov (Azərbaycan) – Uğur Həsənov (Azərbaycan) – birinci mərhələ adlayıb

Qeyd edək ki, yarışda Azərbaycan millisi ilə yanaşı, Özbəkistan, Qazaxıstan, Gürcüstan, Latviya, Estoniya, Moldova yığmaları və neytral idmançılardan ibarət komanda mübarizə aparır. 185 boksçunun qatıldığı turnirdə oğlanların mübarizəsində 14, qızlarda 9 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşəcək. “Heydər Əliyev kuboku-2026″nın final görüşləri mayın 7-də olacaq.

İdman.Biz