Rusiya və Belarus boksçularına qoyulan bir sıra sanksiyalar ləğv edilib

29 Aprel 2026 17:27
121
Rusiya və Belarus boksçularına qoyulan bir sıra sanksiyalar ləğv edilib

Boks üzrə beynəlxalq idarəedici qurum “World Boxing” Rusiya və Belarus təmsilçilərinin beynəlxalq yarışlarda iştirakı ilə bağlı yeni meyarları təsdiqləyib.

İdman.Biz xəbər verir ki, qurum fərdi neytral idmançı (AIN) prosedurunun detallarını açıqlayıb.

Bu mexanizm Rusiya və Belarusdan olan idmançıların, məşqçilərin, personalın və rəsmi şəxslərin hansı şərtlərlə yarışlara buraxılacağını müəyyən edir.

Qərara əsasən, həmin şəxslər “World Boxing”, onun Avropa kontinental qurumu “European Boxing” və təşkilata üzv milli federasiyalar tərəfindən keçirilən beynəlxalq turnirlərdə iştirak edə biləcəklər.

Bununla yanaşı, Rusiya və Belarus nümayəndə heyətləri milli bayraq altında çıxış edə bilməyəcək, milli forma və himndən istifadə etməyəcəklər. Yarışlara buraxılmaq üçün onlar geniş yoxlama prosedurundan keçməlidirlər.

İdman.Biz