Azərbaycan boksçusu Dünya kubokunda qızıl medal qazanıb

26 Aprel 2026 20:28
118
Azərbaycan boksçusu Dünya kubokunda qızıl medal qazanıb

Braziliyanın Fos-du-İquasu şəhərində boks üzrə keçirilən Dünya kubokunda final döyüşlərinə start verilib. Azərbaycan milli komandasının heyətində ilk olaraq həlledici görüşə Səidcəmşid Cəfərov çıxıb.

İdman.Biz xəbər verir ki, 75 kq çəki dərəcəsində mübarizə aparan boksçumuz finalda yerli idmançı Tauan Silva (Braziliya) ilə gücünü yoxlayıb. Hər üç raundu aktivinə yazan Cəfərov yekunda 5:0 hesabı ilə inamlı qələbə qazanaraq qızıl medala yiyələnib.

Qeyd edək ki, gecə saatlarında Sübhan Mamedov (50 kq) və Məhəmməd Abdullayev (+90 kq) də final görüşünə çıxacaqlar. Bir gün öncə isə Nəbi İsgəndərov (70 kq) bürünc medala layiq görülüb.

İdman.Biz