Sahil Babayev yenidən Azərbaycan Boks Federasiyasının prezidenti seçilib - FOTO

23 Aprel 2026 20:29
173
Sahil Babayev yenidən Azərbaycan Boks Federasiyasının prezidenti seçilib - FOTO

Gənclər və idman naziri Fərid Qayıbovun iştirakı ilə Azərbaycan Boks Federasiyasının (ABF) ümumi yığıncağı keçirilib. Tədbirdə qurumun son illərdəki fəaliyyəti müzakirə olunub və rəhbər heyətə seçkilər keçirilib.

İdman.Biz qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, federasiyanın baş katibi Nağı Səfərov 2022-2026-cı illəri əhatə edən hesabatı təqdim edib. Bildirilib ki, dövlət başçısı İlham Əliyevin idmana göstərdiyi diqqət sayəsində boksçularımız son dörd ildə böyük uğurlara imza atıblar. Bu dövr ərzində idmançılarımız beynəlxalq arenada 178 qızıl, 165 gümüş və 307 bürünc olmaqla, ümumilikdə 650 medal əldə ediblər. Həmçinin bir sıra rəsmi turnirlərdə yeni rekordlar qeydə alınıb, regionlarda maddi-texniki baza gücləndirilib.

Yığıncağın sonunda növbəti dörd il üçün keçirilən seçkilərin nəticələri elan olunub. Sahil Babayev yenidən Azərbaycan Boks Federasiyasının prezidenti seçilib. Natiq Həsənov və Vaqif Kazımov vitse-prezidentlər, Fuad Hacıyev və Rövşən Hüseynov isə İdarə Heyətinin üzvləri vəzifəsinə gətiriliblər.

Sahil Babayev gələcək fəaliyyət planları və boksun inkişafı üçün atılacaq addımlar barədə məlumat verib.

İdman.Biz