Dünya Kubokunun qalibi: “Uğurlu nəticələrin çox olması üçün əlimizdən gələni edəcəyik”

27 Aprel 2026 18:26
54
Dünya Kubokunun qalibi: “Uğurlu nəticələrin çox olması üçün əlimizdən gələni edəcəyik”

“Braziliyadakı Dünya Kubokunda komanda hesabında ikinci yeri tutan boks üzrə Azərbaycan millisinin üzvləri yaxşı nəticələrin çox olması üçün əllərindən gələni edəcəklər”.

Bu barədə yarışda qızıl medal qazanan Sübhan Mamedov (50 kq) deyib.

O, Fos-du-İquasu şəhərində keçirilmiş turnirlə bağlı təəssüratlarını bölüşüb.

“İlin ilk Dünya Kubokunda həm komanda, həm də fərdi olaraq yaxşı çıxış etdik. Uğurlu nəticələrin çox olması üçün əlimizdən gələni edəcəyik. 50 kq çəki dərəcəsində mübarizə aparırdım. Güclü rəqiblərlə üz-üzə gəldim. Ümumilikdə yarışı 3 qızıl və 1 bürünc medalla başa vurduq. Dünya Kubokunda çempion olduğum üçün sevinirəm. Azərbaycan Boks Federiyasının rəhbərliyinə, məşqçilər heyətinə təşəkkür edirəm”, - deyə o, report.az-a açıqlamasında söyləyib.

Xatırladaq ki, Azərbaycan təmsilçilərindən Sübhan Mamedov (50 kq), Səidcəmşid Cəfərov (75 kq) və Məhəmməd Abdullayev (+90 kq) qızıl, Nəbi İsgəndərov (70 kq) bürünc medala yiyələnib.

İdman.Biz
Məqalədə: