Kişi boksçulardan ibarət Azərbaycan millisi Qazaxıstana yollanıb.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb.
Bildirilib ki, Ravşan Xocayevin baş məşqçisi olduğu komanda təlim-məşq toplanışını Çimkənddə davam etdirəcək.
13 boksçunun cəlb olunduğu hazırlıq iyunun 12-də başa çatacaq. Toplanışda əsasən texniki-taktiki məşqlərə üstünlük veriləcək. Hazırlıq çərçivəsində sınaq döyüşləri də planlaşdırılır.
Qeyd edək ki, məşqlər Çində keçiriləcək Dünya kubokuna hazırlıq xarakteri daşıyır.
