Dünya kubokunda tarixi uğur qazanan boksçularımız Vətəndə - FOTO

29 Aprel 2026 08:25
223
Dünya kubokunda tarixi uğur qazanan boksçularımız Vətəndə - FOTO

Braziliyada keçirilən Dünya kubokunda tarixi uğura imza atan Azərbaycan boksçuları Vətənə qayıdıblar.

İdman.Biz xəbər verir ki, komanda aprelin 29-da səhər saat 05:10-da Bakıya çatıb. Heyəti hava limanında qarşılanma mərasimi təşkil olunub.

Qarşılanmada media nümayəndələri də iştirak edib.

Qeyd edək ki, boksçularımız Dünya kubokunda üç qızıl, bir bürünc medal qazanıblar.

İdman.Biz