Ceyk Polun həkimi onun döyüşməsini istəmir

12 May 2026 11:07
147
Ceyk Polun həkimi onun döyüşməsini istəmir

ABŞ-li boksçu Ceyk Pol karyerasını davam etdirib-etdirməyəcəyinin hələ də sual altında olduğunu açıqlayıb.

İdman.Biz xəbər verir ki, 29 yaşlı idmançı Entoni Coşua ilə döyüşdə çənəsindən aldığı ağır zədədən sonra yenidən rinqə qayıtmaya bilər. Pol bu barədə Ariel Helvaninin verilişində danışıb.

O bildirib ki, yaxın günlərdə çənəsinin sağalma prosesini qiymətləndirmək üçün yeni müayinədən keçəcək:

“Görək həkimlər nə deyəcək. Daha dəqiq müddəti biləcəyəm. Ümumiyyətlə, yenidən döyüşə biləcəyəmmi? Bu da ehtimal daxilindədir. Hər həftə özümü daha yaxşı hiss edirəm, amma sparrinqlərə başlamaq üçün əvvəlcə icazə almalıyam”.

Polun sözlərinə görə, əsas qərar çənə sümüyünün necə sağalmasından asılı olacaq. Amerikalı boksçu diş implantına da ehtiyac yarana biləcəyini deyib. Onun həkimi isə Polun yenidən döyüşməsinin tərəfdarı deyil.

Xatırladaq ki, Ceyk Pol ötən ilin dekabrında Mayamidə keçirilən döyüşdə Entoni Coşuaya altıncı raundda nokautla uduzub. Bu məğlubiyyət onun peşəkar boks karyerasında ilk nokautu olub. Polun peşəkar göstəricisi 12 qələbə, iki məğlubiyyət və yeddi nokautdan ibarətdir.

İdman.Biz