Entoni Coşua məşhur bloqer və döyüşçü Ceyk Polu nokautla məğlub etdi - VİDEO

Xəbərlər
20 Dekabr 2025 11:40
59
Entoni Coşua məşhur bloqer və döyüşçü Ceyk Polu nokautla məğlub etdi - VİDEO

Bu gecə ABŞ-nin Mayami şəhərində möhtəşəm boks gecəsi baş tutub.

Gecənin əsas döyüşündə ABŞ-li məşhur sosial media fenomeni, aktyor və döyüşçü Ceyk Pol ilə keçmiş dünya çempionu Entoni Coşua üz-üzə gəlib.

İdman.Biz xəbər verir ki, artıq birinci raunddan etibarən Coşua fərqi nümayiş etdirərək sağ əli ilə bir neçə dəqiq zərbə endirib.

Üçüncü və dördüncü raundlar britaniyalı boksçunun tam nəzarəti altında keçib, dördüncü raundun sonunda isə Ceyk Pol rinqin döşəməsinə düşsə də, nokdaun qeydə alınmayıb.

Beşinci raund həlledici olub və bu hissədə Ceyk Pol iki dəfə nokdauna düşərək ağır zərbələrə tab gətirməkdə çətinlik çəkib.

Altıncı raundda Entoni Coşua təzyiqi daha da artıraraq üçüncü nokdaunu rəsmiləşdirib.

İdman.Biz
Məqalədə: