Fyuri Usikə: “Söz verirəm, Dovşan, layiq olduğunu alacaqsan”

11 May 2026 19:16
75
Fyuri Usikə: “Söz verirəm, Dovşan, layiq olduğunu alacaqsan”

Keçmiş WBC, WBO, IBO, WBA Super, The Ring və IBF ağır çəki çempionu britaniyalı Tayson Fyuri keçmiş IBF, WBA, WBO və IBO ağır çəki çempionu həmyerlisi Entoni Coşua ilə döyüşündən sonra hazırkı WBA, WBC, IBF və IBO ağır çəki çempionu ukraynalı Aleksandr Usiklə üçüncü döyüş istədiyini bildirib.

İdman.Biz bildirir ki, Usik 2024-cü ildə Fyurini iki dəfə məğlub edib.

“Coşuanı məğlub etdikdən sonra onun senseyini istəyirəm. Dovşanla revanş döyüşü istəyirəm. Londonda, Las-Veqasda və ya Nyu-Yorkda, əzizim! Sənə söz verirəm, Dovşan, layiq olduğun şeyi alacaqsan”, - deyə Fyuri sosial mediada paylaşdığı videoda bildirib.

Fyuri ilə Coşua arasındakı döyüş 2026-cı ilin dördüncü rübündə planlaşdırılıb.

İdman.Biz