Tayson Fyurinin 16 yaşlı qızı ailə qurdu - FOTO

17 May 2026 18:15
271
Tayson Fyurinin 16 yaşlı qızı ailə qurdu - FOTO

İkiqat dünya çempionu Tayson Fyurinin qızı Venesuela Fyuri 16 yaşında ailə həyatı qurub.

İdman.Biz xəbər verir ki, gənc qızın seçimi 19 yaşlı həvəskar boksçu Noa Prays olub.

Toy mərasimi Men adasında keçirilib. Həmin ərazidə qanunvericiliyə əsasən, valideyn razılığı ilə 16 yaşdan nikaha daxil olmağa icazə verilir.

Sosial şəbəkələrdə ən çox diqqət çəkən məqamlardan biri isə gəlinin görünüşü olub. Venesuela mərasimə ağ rəngli Crocs ayaqqabısı ilə qatılıb.

Qızın anası Peris Fyuri Mirror nəşrinə açıqlamasında bildirib ki, Venesuela yaşına görə olduqca yetkin biridir.

“Venesuela öz yaşı üçün çox yetkindir. O, qısa müddətdə çox şeyə nail olub. Bunun səbəbi onun xarakteri və altı kiçik bacı-qardaşının böyüməsində yaxından iştirak etməsidir”, - deyə Peris Fyuri bildirib.

İdman.Biz