Boksçularımız Batumidə beynəlxalq turnirdə mübarizə aparacaqlar

23 May 2026 13:14
157
Boksçularımız Batumidə beynəlxalq turnirdə mübarizə aparacaqlar

Bu gün Gürcüstanın Batumi şəhərində boks üzrə beynəlxalq turnir start götürəcək.

İdman.Biz xəbər verir ki, beş gün davam edəcək yarışda kişi boksçulardan ibarət Azərbaycan milli komandası da qüvvəsini sınayacaq.

Məşqçi Elbrus Rzayevin rəhbərliyi altında rinqə bir sıra boksçular çıxacaq. Komandada Bilalhəbaşi Nəzərov (50 kq), Tağı Nəsibov və Tayfur Əliyev (hər ikisi 60 kq), Əli Abdullayev (65 kq), Abbasqulu Şadlinski (75 kq) və Kənan Nəcəfov (+90 kq) yer alıb.

Turnirdə Azərbaycanı Laçın Baxış hakim kimi təmsil edəcək.

İdman.Biz
Məqalədə: