Arslanbek Mahmudov Fyuri ilə döyüşə raket təhlükəsi siqnalı altında çıxıb

12 Aprel 2026 14:29
410
Arslanbek Mahmudov Fyuri ilə döyüşə raket təhlükəsi siqnalı altında çıxıb

Rusiyalı boksçu Arslanbek Mahmudov dünya şöhrətli Tayson Fyuri ilə döyüşə qeyri-adi şəraitdə daxil olub.

İdman.Biz xəbər verir ki, idmançı rinqə raket təhlükəsindən xəbər verən sirena səsləri altında çıxıb.

Qarşıdurma bütün 12 raund davam edib və britaniyalı boksçunun tam üstünlüyü ilə yekunlaşıb. Hakimlər yekdil qərarla (120-108, 120-108, 119-109) qələbəni Fyuriyə veriblər.

Döyüşdən dərhal sonra Tayson Fyuri sabiq dünya çempionu Entoni Coşuaya meydan oxuyub. Coşua isə öz növbəsində bu təklifi qəbul etdiyini bildirib.

İdman.Biz