Azərbaycan boksçuları “Qızıl əlcək” beynəlxalq turnirində iştirak edəcək

Xəbərlər
17 Oktyabr 2023 09:52
138
Azərbaycan boksçuları “Qızıl əlcək” beynəlxalq turnirində iştirak edəcək

Oktyabrın 18-də Serbiyanın Çaçak şəhərində boks üzrə “Qızıl əlcək” beynəlxalq turniri start götürəcək.

İdman.biz xəbər verir ki, 4 gün davam edəcək yarışda Azərbaycan millisi də iştirak edəcək.

Baş məşqçi Pedro Roke və böyük məşqçi Nəriman Abdullayev “Qızıl əlcək”də Ümid Rüstəmov (60 kq), Ruslan Rüstəmov (63,5 kq), Kamran Şahsuvarlı (75 kq) və Alfonso Dominqesə (86 kq) şans verəcək.

Turnirdə ölkəmizi Anar Nağdıyev hakim kimi təmsil edəcək.

Bu gün səfərə yollanan komanda oktyabrın 22-də Bakıya qayıdacaq.

Qeyd edək ki, yarışın püşkü oktyabrın 17-də atılacaq.

İdman.biz