Qazaxıstanın Aktau şəhərində boks üzrə beynəlxalq turnir başa çatıb.
İdman.Biz xəbər verir ki, məşqçi Elbrus Rzayevin rəhbərliyi altında yarışan Azərbaycan yığmasının heyətində Bilalhəbaşi Nəzərov (50 kq) gümüş medal qazanıb.
Zidan Hünbətov (55 kq) və Əli Abdullayev (65 kq) isə turniri bürünc medalla başa vurublar.
Beləliklə, U-23 millimiz yarışı 1 gümüş və 2 bürünc medalla tamamlayıb.
