Azərbaycan millisinin boksçusu Məhəmməd Abdullayev Avropa və Panamerika yığmaları arasında keçiriləcək döyüş gecəsinə dəvət alıb.
İdman.Biz xəbər verir ki, qarşılaşmalar noyabrın 14-də Macarıstanın paytaxtı Budapeştdə təşkil olunacaq.
90 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan Abdullayev ABŞ təmsilçisi Gilbert Kabamba ilə döyüşəcək.
Boksçumuz və məşqçisi Etibar Abdullayev bu gün Macarıstana yollanıb. Onlar noyabrın 15-də Bakıya qayıdacaqlar.
Gecədə qadın və kişi boksçular hərəsi beş çəki dərəcəsində güclərini sınayacaqlar. Döyüşlər Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
