Boksçularımız Sofiyada günü üç qələbə ilə başa vurdular - YENİLƏNİB

20 Sentyabr 2026 22:34
1 109
Boksçularımız Sofiyada günü üç qələbə ilə başa vurdular - YENİLƏNİB

Bolqarıstanın paytaxtı Sofiyada keçirilən boks üzrə Avropa çempionatında Azərbaycan təmsilçiləri uğurlu çıxışlarını davam etdiriblər.

İdman.Biz xəbər verir ki, 50 kq çəki dərəcəsində mübarizə aparan Sübhan Mamedov 1/8 finalda Albaniya təmsilçisi Emanuel Koçaya 5:0 hesabı ilə qalib gəlib.

65 kq çəki dərəcəsində çıxış edən Malik Həsənov isə 1/8 finalda bolqarıstanlı Rumen Rumenovu ilk raundda tam üstünlüklə məğlub edərək növbəti mərhələyə yüksəlib.

Günün digər uğurlu nəticəsi +90 kq çəkidə qeydə alınıb. Məhəmməd Abdullayev Moldova təmsilçisi Nikolay Burdiujanı üçüncü raundda tam üstünlüklə məğlub edib.

Beləliklə, Azərbaycan boksçuları Avropa çempionatının dördüncü yarış gününü üç qələbə ilə başa vurublar.

12:28

Bolqarıstanın paytaxtı Sofiyada kişilər və qadınlar arasında boks üzrə Avropa çempionatı davam edir.

İdman.Biz xəbər verir ki, sentyabrın 20-də Azərbaycan millisinin beş boksçusu növbəti mərhələyə vəsiqə uğrunda döyüşəcək.

Gündüz sessiyasında A rinqində 54 kq çəki dərəcəsində Zeynəb Rəhimova Türkiyə təmsilçisi Buse Naz Çakıroğlu ilə qarşılaşacaq. Onların döyüşü sessiyanın ikinci görüşü olacaq. 90 kq çəkidə çıxış edən Rauf Rəhimov isə 12-ci döyüşdə Almaniya boksçusu Kevin Lebovski ilə üz-üzə gələcək.

Axşam sessiyasında B rinqində Sübhan Mamedov (50 kq) Albaniya təmsilçisi Emanuel Koça ilə, Malik Həsənov (65 kq) bolqarıstanlı Rumen Rumenovla, Məhəmməd Abdullayev (+90 kq) isə rumıniyalı Nikolay Burdiuja ilə qarşılaşacaq.

Gündüz sessiyası Bakı vaxtı ilə 14:30-da, axşam sessiyası isə 19:00-da başlayacaq.

Qeyd edək ki, bütün görüşlər Avropa çempionatının 1/8 final mərhələsinə təsadüf edir.

İdman.Biz