Azərbaycan boksçuları Əlcəzair millisi ilə Şamaxıda toplanışa başladılar

20 Sentyabr 2026 18:44
89
Azərbaycan boksçuları Əlcəzair millisi ilə Şamaxıda toplanışa başladılar

Boks üzrə gənc oğlan və qızlardan ibarət Azərbaycan milliləri Şamaxıda növbəti təlim-məşq toplanışına başlayıblar.

İdman.Biz xəbər verir ki, hər iki komanda hazırlığı ölkəmizdə səfərdə olan Əlcəzair yığmaları ilə birlikdə keçirir.

Məşqçilər korpusu toplanışa son beynəlxalq turnirlərdə uğurlu çıxış edən boksçuları cəlb edib. Hazırlıq prosesində əsas diqqət texniki-taktiki çalışmaların təkmilləşdirilməsinə yönəldiləcək.

Qeyd edək ki, 10 gün davam edəcək təlim-məşq toplanışı çərçivəsində sınaq döyüşlərinin keçirilməsi də planlaşdırılır.

İdman.Biz