Boksçumuz Avropa çempionatında Ermənistan təmsilçisinə qalib gələrək 1/4 finala vəsiqə qazanıb - FOTO

20 Sentyabr 2026 10:32
93
Boksçumuz Avropa çempionatında Ermənistan təmsilçisinə qalib gələrək 1/4 finala vəsiqə qazanıb - FOTO

Bolqarıstanın paytaxtı Sofiyada boksçular arasında Avropa çempionatı davam edir.

İdman.Biz xəbər verir ki, yarışın üçüncü günündə Azərbaycan millisinin iki üzvü rinqə çıxıb və hər ikisi qələbə qazanıb.

55 kq çəki dərəcəsində mübarizə aparan Amin Məmmədzadə 1/8 finalda Ermənistan təmsilçisi Jirayr Sarkisyanla qarşılaşıb. Görüş boksçumuzun 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Hakimlərin qərarı 29:27, 30:26, 28:28, 30:26 və 28:28 olub.

Məmmədzadə növbəti görüşünü sentyabrın 22-də Fransa təmsilçisi Billal Bennamaya qarşı keçirəcək.

70 kq çəki dərəcəsində çıxış edən Nəbi İsgəndərov isə çempionatda ikinci qələbəsini qazanıb. Dünya kubokunun mükafatçısı xorvatiyalı Fabian Tomkiçə ikinci raundda tam üstünlüklə qalib gəlib.

İsgəndərov sentyabrın 21-də keçiriləcək 1/4 finalda Macarıstan təmsilçisi Kalman Hanko ilə qarşılaşacaq.

Qeyd edək ki, yarışın dördüncü günündə Azərbaycan millisinin beş boksçusu gücünü yoxlayacaq.

İdman.Biz