Avropa çempionatının 1/4 finalına yüksələn üç boksçumuzun rəqibləri bəlli oldu - FOTO

21 Sentyabr 2026 11:09
110
Avropa çempionatının 1/4 finalına yüksələn üç boksçumuzun rəqibləri bəlli oldu - FOTO

Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında 1/4 finala yüksələn Azərbaycanın üç boksçusunun sabahkı rəqibləri müəyyənləşib.

İdman.Biz xəbər verir ki, Sübhan Mamedov (50 kq), Malik Həsənov (65 kq) və Məhəmməd Abdullayev (+90 kq) sentyabrın 22-də 1/4 final görüşünə çıxacaqlar.

50 kq çəki dərəcəsində mübarizə aparan Sübhan Mamedov 1/4 finalda macarıstanlı İştvan Szaka ilə qarşılaşacaq.

65 kq-da çıxış edən Malik Həsənovun rəqibi ukraynalı Elvin Əliyev olacaq.

+90 kq çəkidə yer alan Məhəmməd Abdullayev isə 1/4 finalda norveçli Omar Şiha ilə üz-üzə gələcək.

Qeyd edək ki, sentyabrın 25-dək davam edəcək Avropa çempionatında Azərbaycanın daha iki boksçusu daha əvvəl 1/4 finala vəsiqə qazanıb.

İdman.Biz