Sofiyada 4 medal qazanan boksçularımız Vətənə qayıdıb - FOTO

21 Oktyabr 2024 17:07
590
Sofiyada 4 medal qazanan boksçularımız Vətənə qayıdıb - FOTO

Bolqarıstanın paytaxtı Sofiyada 23 yaşadək boksçular arasında Avropa çempionatında uğur qazanan Azərbaycan milli komandası Vətənə qayıdıb.

İdman.biz xəbər verir ki, yığmanı Heydər Əliyev Beynəlxalq Aeroportunda Boks Federasiyasının kollektivi, idman ictimaiyyətinin nümayəndələri, bokssevərlər və idmançıların ailə üzvləri qarşılayıblar.

Millimizin heyətində Tural Sarıyev (48 kq), Nicat Hüseynov (51 kq) və Murad Allahverdiyev (80 kq) gümüş, Marjona Savriyeva (50 kq) bürünc medal qazanıb.

İdman.biz

Məqalədə: