Boks üzrə kadetlər arasında ölkənin ən güclüləri bəlli olub - FOTO

Xəbərlər
26 May 2024 18:49
100
Boks üzrə kadetlər arasında ölkənin ən güclüləri bəlli olub - FOTO

Boks üzrə kadetlər arasında zona birinciliyinin final mərhələsi başa çatıb.

İdman.biz xəbər verir ki, yarışda Azərbaycanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 56 komandanın 220 boksçusu gücünü yoxlayıb.

Boks Mərkəzində təşkil olunan həlledici görüşlərin yekununa əsasən, Qardaş Rəhimov, Sahib Baxışlı, Əli Abaslı, Ramiz Ağadadaşov, Oğuz İbrahimli, Tunar Mehdiyev, Yusif Həsənli, İbrahim Bədəlli, Adəm Aslanov, Anzor İsrafilov, Nurlan Müseybli, Şikar Əliyev, Şahin Layijov, İsmayıl Məmmədov, Mehran Rəsulov, Yusif Ağakişiyev və Uğur Həsənov qızıl medala yiyələniblər.

Birincilikdə komanda hesabında Gəncə birinci yeri tutub. İkinci pillədə Sumqayıt qərarlaşdığı halda, “üçlüy”ü UGİM-7 qapayıb.

Çempionatda ən yaxşı boksçu adına Əli Abaslı layiq görülüb, İlqar Qasımzadə ən yaxşı hakim seçilib. Həmçinin Məzahir Rəhimov (Biləsuvar), Nicat Quliyev (Cəlilabad), Şahin Qocayev (Şirvan), Orxan Cəbiyev (Masallı), Miraləm İsayev (İmişli), Fazil Ruşanov (Mingəçevir) və Bəhruz İbrahimov (Gəncə) federasiyanın təşkil etdiyi yarışlarda fəal iştiraklarına görə təşəkkürnamə ilə təltif olublar.

Qeyd edək ki, mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.

Zona birinciliyinin final mərhələsi
Finallar
38 kq

Kazım Baxışov (Cəlilabad) – Qardaş Rəhimov (Masallı) – 0:5

40 kq
Həsrət Məmmədov (Gəncə) – Sahib Baxışlı (Cəlilabad) – 2:3

42 kq
Mirələm Nağıyev (İmişli) – Əli Abaslı (Sumqayıt) – 0:5

44 kq
İsmayıl Nəsirzadə (Cəlilabad) – Ramiz Ağadadaşov (Sumqayıt) – ikinci tam üstünlüklə qalib gəlib

46 kq
Oğuz İbrahimli (UGİM-1) – Nəriman Əli (Gəncə) – 5:0

48 kq
Nuran Quluzadə (Cəlilabad) – Tunar Mehdiyev (Gəncə) – 0:5

50 kq
Yusif Həsənli (DİN İC) – Yusif Əliyev (İmişli) – 3:2

52 kq
Həsən Vəliyev (“Məhsul” İC) – İbrahim Bədəlli (Mingəçevir) – 0:5

54 kq
Amin Həsənzadə (Gəncə) – Adam Aslanov (“Qızıl əlcək” İK) – 2:3

57 kq
Anzor İsrafilov (UGİM-7) – Əşrəf Məmmədov (Sumqayıt) – 5:0

60 kq
Raul Hüseynov (Gəncə) – Nurlan Müseybli (UGİM-7) – 0:5

63 kq
Vəkil Qurbanov (UGİM-1) – Şükar Əliyev (“Qızıl əlcək” İK) – 0:5

66 kq
Amid Mahmudlu (Şəki) – Şahin Layijov (Gəncə) – ikinci tam üstünlüklə qalib gəlib

70 kq
İsmayıl Məmmədov (UGM-13) – Əli Səmədzadə (Sumqayıt) – 5:0

75 kq
Elton Şirəlizadə (Siyəzən) – Mehran Rəsulov (“Zenit” İK) – ikinci tam üstünlüklə qalib gəlib

80 kq
Raul Nəcəfov (UGİM-7) – Yusif Ağakişiyev (“Zenit” İK) – birinci döyüşə gəlməyib

90 kq
Aydın Cəfərli (Gəncə) – Uğur Həsənov (Lənkəran) – 1:4

Bütün mükafatçılar
38 kq

1. Qardaş Rəhimov (Masallı)
2. Kazım Baxışov (Cəlilabad)
3. Babək Abdullayev (UGM-11)
3. Vaqif Məhəmmədli (Gəncə)

40 kq
1. Sahib Baxışlı (Cəlilabad)
2. Həsrət Məmmədov (Gəncə)
3. Əli Ruşanov (Sumqayıt)
3. Həsən Saxratlı (Sumqayıt)

42 kq
1. Əli Abaslı (Sumqayıt)
2. Mirələm Nağıyev (İmişli)
3. Rəhman Bayramlı (“Qızıl əlcək” İK)
3. Əkbər Bədəlov (Siyəzən)

44 kq
1. Ramiz Ağadadaşov (Sumqayıt)
2. İsmayıl Nəsirzadə (Cəlilabad)
3. Nihat Məmmədli (UGM-13)
3. Elmir Quliyev (Tovuz)

46 kq
1. Oğuz İbrahimli (UGİM-1)
2. Nəriman Əli (Gəncə)
3. Müseyib Qarayev (UGM-13)
3. Asiman Hüseynli (Sumqayıt)

48 kq
1. Tunar Mehdiyev (Gəncə)
2. Nuran Quluzadə (Cəlilabad)
3. Rəhim Kamranlı (Biləsuvar)
3. Tural Hacıyev (Sumqayıt)

50 kq
1. Yusif Həsənli (DİN İC)
2. Yusif Əliyev (İmişli)
3. Emin Həsənov (Sumqayıt)
3. Hüseyn Əsgərov (Gəncə)

52 kq
1. İbrahim Bədəlli (Mingəçevir)
2. Həsən Vəliyev (“Məhsul” İC)
3. Həbib Quliyev (Sumqayıt)
3. Məhəmməd Yusubov (ROİL)

54 kq
1. Adəm Aslanov (“Qızıl əlcək” İK)
2. Amin Həsənzadə (Gəncə)
3. Elmir Niftəliyev (Hacıqabul)
3. Muzar Tağıyev (Ağcabədi)

57 kq
1. Anzor İsrafilov (UGİM-7)
2. Əşrəf Məmmədov (Sumqayıt)
3. Həsən Hüseynov (Ağcabədi)
3. Maşallah Məmmədli (Şirvan)

60 kq
1. Nurlan Müseybli (UGİM-7)
2. Raul Hüseynov (Gəncə)
3. Murad Niyazov (Cəlilabad)
3. Cavad Səlimov (“Qızıl əlcək” İK)

63 kq
1. Şikar Əliyev (“Qızıl əlcək” İK)
2. Vəkil Qurbanov (UGİM-1)
3. Ayxan Məmmədli (Tərtər)
3. Hidayət Məmmədli (Masallı)

66 kq
1. Şahin Layijov (Gəncə)
2. Amid Mahmudlu (Şəki)
3. Umar Quliyev (Sumqayıt)
3. Ümid Əliyev (Şirvan)

70 kq
1. İsmayıl Məmmədov (UGM-13)
2. Əli Səmədzadə (Sumqayıt)
3. Hüseyn Nəbiyev (Masallı)
3. Nazim Dadaşzadə (Sumqayıt)

75 kq
1. Mehran Rəsulov (“Zenit” İK)
2. Elton Şirəlizadə (Siyəzən)
3. Cavid Hüseynzadə (Qəbələ)
3. Əli Məmmədli (UGİM-7)

80 kq
1. Yusif Ağakişiyev (“Zenit” İK)
2. Raul Nəcəfov (UGİM-7)
3. Məhəmməd Mustafayev (Naxçıvan MR)
3. Nihat Qasımov (Gəncə)

90 kq
1. Uğur Həsənov (Lənkəran)
2. Aydın Cəfərli (Gəncə)
3. Elmir Eyvazov (“Səbail” İK)
3. Ələsgər Əliyev (FHN İK)

İdman.biz