Usikin qələbə şərhi: “Rinqdə əsl drama yaşandı” - VİDEO

Xəbərlər
19 May 2024 14:04
410
Usikin qələbə şərhi: “Rinqdə əsl drama yaşandı” - VİDEO

Ağır çəkidə mütləq dünya çempionu Aleksandr Usik titulunu qoruyub.

İdman.biz xəbər verir ki, ukraynalı boksçu britaniyalı Tayson Fyurini məğlub edib.

12 raund çəkən görüşdə Usik qalib elan olunub. Görüşün 9-cu raundunda Aleksandr rəqibini nokaut etsə də, Fyuri görüşü davam etdirə bilib. Ukraynalı boksçu qələbəsini şərh verib: “Referilər mənim nokautumu oğurladılar? Bu barədə düşünmürəm, onsuz da qalib gəldim. Yaxşı, ola bilər nokaut qeydə alınmadı. Buna görə narahat deyiləm. 12 raund ərzində rinqdə əsl drama yaşandı”.

Usik karyerasında 22-ci qələbəsini qazanıb. Fyuri isə ilk dəfə rinqi məğlub tərk edib (34-1). Aleksandr qələbə sayəsində 6 kəmərə sahib olub. O, 4 əsas (WBA (Super), WBC, IBF, WBO) və 2 ikinci dərəcəli (IBO и The Ring) kəmərə sahib çıxıb. 2000-ci ildə Lennoks Lyuisdən sonra mütləq çempion titulunu qazanan ilk boksçu olub.

İdman.biz